Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 10:03
"Azərbaycan Ordusu müharibədən çox böyük dərs çıxardı".
Bunu Sonxeber.net-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert bildirib ki, silah-sursatdan əlavə çox fərqli mexanizmlərin istifadə edildiyi müharibə dövrünə qədəm qoymuşuq:
"Azərbaycan Ordusu müharibədə Zəfəri qazanmasına səbəb olan qüdrət və qabiliyyətini daha da yüksək səviyyəyə çatdırmaq üçün böyük bir güc ortaya qoymaqla yanaşı, digər bir tərəfdən də zəif və həssas cəhətlərini aradan qaldırmaq üçün tədbirlər görməyi qarşısına məqsəd qoyub. Bu səbəbdən müharibədə təxminən 400-dən çox silah-sursat və hərbi avadanlıqlar manevrləri ilə birlikdə həm atəş və manevr, atəş və hərəkət, həm də strateji səviyyələrdə istifadə edildi.
Təlimlərdə II Qarabağ müharibəsindən çıxarılan dərslər və müharibənin təkamülü ilə əlaqəli təcrübə mübadiləsi aparıldı. "Qış təlimi-2021" təlimlərində də hər növ silah sistemindən müxtəlif şərait və yerindən asılı olmayaraq koordinasiyalı istifadə edildiyini, taktiki və texniki inkişaf etdirildiyini gördük. Azərbaycan Ordusunun bunun öhdəsindən gələcək çox böyük imkanı var.
Müharibə getdikcə mürəkkəbləşir. Köhnə müharibə taktikasından, belə desək 4-cü nəsil müharibələrdən 5-ci nəsil müharibələrinə keçir. Biz indi 5-in yarısı səviyyəsindəyik. Və sadəcə hərbi silah-sursatın iştirak etmədiyi, çox fərqli mexanizmlərdən istifadə edildiyi müharibə dövrünə qədəm qoymuşuq. Bu baxımdan perspektivi daha da artırmaq üçün dayanmadan birgə çalışmalıyıq".
Təhmzə Əsədov