Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Tarix: 13 Fevral 2021 10:50

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı fevralın 24-ə təyin edilib, prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, hər iki şəxs xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.


Etiketlər:  Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ