Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran-Əfqanıstan gömrüyündə partlayış baş verib (FOTO/VİDEO)

İran-Əfqanıstan gömrüyündə partlayış baş verib (FOTO/VİDEO)

Tarix: 13 Fevral 2021 14:40

Bakı. Elnur Bağışov – Trend:

İranın Rəzəvi Xorasanı vilayətində Əfqanıstanla sərhəddə yerləşən Doğarun gömrüyündə (Əfqanıstanda İslamqala) neytral zonada saat 12:30 radələrində qaz tankeri partlayıb.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, ehtimal olunan təhlükələrin qarşısının alınması üçün yük maşınlarının uzaqlaşmasına şərait yaradılıb.

Lətifi əlavə edib ki, yanğınsöndürmə və xilasetmə qurumlarının əməkdaşları baş verən yanğının söndürülməsi üçün əraziyə cəlb olunub.

Qeyd edək ki, baş verən partlayışda yanacaq daşıyan bir neçə yük maşınının yandığı bildirilir. Yanğın hələ də davam edir. Ölən və ya yaralananlar haqda məlumat verilməyib. Hadisənin səbəbi açıqlanmayıb.

İran-Əfqanıstan gömrüyündə partlayış baş verib (FOTO/VİDEO) - Gallery Image İran-Əfqanıstan gömrüyündə partlayış baş verib (FOTO/VİDEO) - Gallery Image İran-Əfqanıstan gömrüyündə partlayış baş verib (FOTO/VİDEO) - Gallery Image İran-Əfqanıstan gömrüyündə partlayış baş verib (FOTO/VİDEO) - Gallery Image İran-Əfqanıstan gömrüyündə partlayış baş verib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  İran Əfqanıstan gömrüyündə partlayış baş verib FOTOVİDEO


RƏYLƏR