Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 21:54
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müdafiçiləri Kevin Medinanın "Neftçi" ilə matçda (1:2) qırmızı vərəqə almasına münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o deyib ki, Medina haqda indi düşünsə, daha ciddi cəza ola bilər: "Sabah epizodu yenidən izləyəcəyəm. Mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur".
Qeyd edək ki, Medina rəqib futbolçu Kaneyə başla zərbə etdirdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu hərəkətinə görə "Qarabağ"ın qapısına penalti təyin edilib. Nəticədə "Neftçi" qələbə qolu vurub.