Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 16:02
Yanvarın 14-nə keçən gecə, yerli vaxtla saat 01:47-də Yerevandan 13 kilometr cənubi-qərbdə növbəti zəlzələ baş verib.
Sonxeber.net xəbər verir ki, bu barədə qafqazinfo Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası 2,4 təşkil edib. Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ Yerevanda və Ararat vilayətinin bir sıra yaşayış məntəqlərində 2-3 bal gücündə hiss olunub.
Daha əvvəl Ermənistanda 4,7 maqnitudalı zəlzələ baş vermişdi. Güclü təkanlar Yerevanda da hiss olunmuşdu.