Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 17:40
"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Lionel Messi ("Barselona") və Robert Levandovskini ("Bavariya") geridə qoyub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın 24-cü turunda "Tottenhem"lə matçda nail olub. O, görüşdə dubl etməklə bu il yerli çempionatda vurduğu qolların sayını 9-a çatdırıb. Türk əsilli almaniyalı oyunçu belə göstərici ilə "Barselona"nın kapitanı Lionel Messini və "Bavariya"nın hücumçusu Robert Levandovskini geridə qoyaraq, 2021-ci ildə Avropanın TOP-5 liqasında ən çox qol vuran oyunçu olub.
Həmçinin bu mövsüm ümumilikdə 11 dəfə fərqlənməyi bacaran Gündoğan "şəhərlilər"in də Premyer Liqada ən məhsuldar futbolçusu adını qazanıb. O, Rahim Sterlinq və Fil Fodeni qabaqlayıb.
Qeyd edək ki, İ.Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edir.