Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 21:00
Zəif fiziki sağlamlıq və ya yaşlılıq zəifliyi COVID-19 xəstələrində ölüm riskini artırır.
Sonxeber.net xəbər verir ki, Birmingham Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrini açıqlayıblar.
12 fərqli ölkədə müalicə olunan təxminən 6.000 xəstənin üzərində aparılan klinik müşahidə zamanı yaşından asılı olmayaraq, çox zəif insanların fiziki sağlamlığı daha yaxşı olan insanlardan üç dəfə daha tez öldüyü üzə çıxıb.
Tədqiqat zamanı həmçinin məlum olub ki, ağır xəstəlik keçirənlərin və xüsuilə qocalar evində yaşayanların reanimasiya şəraitində müalicə almalarına 7 qat ehtiyac var.
Alimlər qoçaların daha çox qayğıya ehtiyacları olduğunu söyləyiblər. (publika.az)