Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ekvator xəttinə yaxın coğrafiyada ortaq kosmodrom yaratmaq niyyətindədir

Türkiyə ekvator xəttinə yaxın coğrafiyada ortaq kosmodrom yaratmaq niyyətindədir

Tarix: 14 Fevral 2021 21:20

Türkiyə ağır çəkili yükləri kosmosa daşımaq üçün əlverişli məkanda kosmodrom yaratmaq niyyətindədir. Bu məqsədlə coğrafi baxımdan ən əlverişli yerlərdə araşdırma aparılır. Ekvator xəttinə yaxın bir ölkə ilə birgə kosmodrom qurmaq üçün fəaliyyətə başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank ölkəsinin Milli Kosmos Proqramından bəhs edərkən söyləyib.

Nazir bildirib ki, 100 kiloqramlıq peykləri yerli istehsal olan raketlərlə fəzaya çıxarmaq mühüm hədəflərdən biridir.

Qeyd edək ki, Türkiyə kosmik sahədə əməkdaşlıq üçün 3 ölkə ilə müqavilə imzalayıb. Azərbaycan və Pakistanla bu sahədə əməkdaşlıq sazişləri isə imzalanma mərhələsindədir.

Milli.Az


Etiketlər:  Türkiyə ekvator xəttinə yaxın coğrafiyada ortaq kosmodrom yaratmaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ