Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada koronavirusa yoluxanların sayı 108,15 milyonu ötüb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı 108,15 milyonu ötüb - ÜST

Tarix: 15 Fevral 2021 04:26

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 300 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 300 530 nəfər yeni koronavirusa yoluxub, 7 776 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 108 153 741, ölənlərin isə 2 381 295 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı 10815 milyonu ötüb ÜST


RƏYLƏR