Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST ''AstraZeneca'' vaksininin iki variantını təcili istifadə üçün tövsiyə edib

ÜST ''AstraZeneca'' vaksininin iki variantını təcili istifadə üçün tövsiyə edib

Tarix: 15 Fevral 2021 21:40

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin iki variantını təcili istifadə üçün tövsiyə olunan vaksinlər siyahısına əlavə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-dən bildiriblər.

Bildirilir ki, söhbət "AstraZeneca" şirkətinin Cənubi Koreyada "AstraZeneca-SKBio" müəssisəsində və Hindistanın Serum İnstitutunda istehsal etdiyi variantlardan gedir.

Məlumata əsasən, bu qərar vaksinin sözügedən variantlarının COVAX mexanizmi çərçivəsində qlobal miqyasda istifadəsinə imkan verir.


Etiketlər:  ÜST AstraZeneca vaksininin variantını təcili istifadə üçün tövsiyə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ