Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 00:20
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı ABŞ-ın yeni rəhbərliyi ilə qarşılıqlı hörmət əsasında açıq və səmimi dialoqun inkişaf etdirilməsi barədə razılaşma əldə edilib.
Məlumata əsasən, tərəflər həmçinin FETÖ, PKK, terrorizmlə mübarizə, S-400, Suriya, Şərqi Aralıq dənizi məsələlərini də müzakirə ediblər.