Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onlar yenidən hakimiyyətə gəlsə, ermənilərin sonu olacaq''

''Onlar yenidən hakimiyyətə gəlsə, ermənilərin sonu olacaq''

Tarix: 16 Fevral 2021 14:57

Bu, çox aktual tezisdir.

Bunu Sonxeber.net-a Prezident İlham Əliyevin Laçının Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışı zamanı "Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın" nitqini şərh edən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin bu çağırışı ondan xəbər verir ki, biz tək özümüzün marağımızda olan qara qüvvə ilə mübarizə aparmırıq:

"Biz gördük ki, erməni faşizmi, ümumiyyətlə, nəyə qadirdir. Söhbət tək Azərbaycan torpaqlarında hər şeyi dağıdıb, yerlə-yeksan etməkdən getmir, həm də böyük bədbəxtçiliklərdən gedir ki, ilk növbədə, insanların həyatlarına son qoyuldu. Faşizm artıq müharibəni günün tələbinə çevirir. Bu baxımdan da Azərbaycan, həqiqətən də, tək özünün maraqlarına cavab verən şər qüvvənin deyil, ümumiyyətlə, bizim bölgəyə, insan birliyinə, bəşəriyyətə təhdid törədən qüvvənin dərsini verdi. Ancaq biz görürük ki, baş verənlər hələ də ermənilərə ibrət deyil. Onlar hələ də revanşizmdən, yenə də yeni-yeni planların həyata keçirilməsindən, yeni ordunun qurulmasından danışırlar. Və bu, əlbəttə ki, qəbuledilməzdir.

Biz görürük ki, artıq böyük bir təhlükə məhz erməni cəmiyyətinin, erməni dövlətinin üzərindədir. Bu ondan irəli gəlir ki, Ermənistanın daxilində müxtəlif qüvvələr, dəstələr arasında qanlı müharibə gedir ki, kim hakimiyyət rıçaqlarını ələ keçirəcək. Əgər müxalifət partiyası yenidən hakimiyyətə gəlsə, bu, həqiqətən də, artıq ermənilərin sonunun əvvəli olacaq. Çünki biz görürük, orada sağlam ruh deyilən bir şey yoxdur. Sağlam düşüncəli insanlar var, amma onların səsi ümumi bu qaragüruhçuların səthində boğulur. Qaragüruhçular, qisasçılar, qatı millətçilər çalışırlar bildirsinlər ki, guya erməni xalqının xilası məhz radikalizmdən keçir. O zaman onlar gərək bütün ətrafa öz tələblərini, öz təhdidlərini və iddialarını təqdim edib, istədiklərinə nail olsunlar. Ancaq bu olan şey deyil. Ona görə də Prezident İlham Əliyevin bu çağırışı ondan xəbər verir ki, biz tək özümüzün marağımızda olan deyil, dünya birliyinin marağında olan qara qüvvə ilə mübarizə aparırıq və onun belini qıracağıq". 

T.Abbasov onu da qeyd edib ki, bundan sonra da Ermənistandan Azərbaycan tərəfinə gələcək bütün təhdidlərin qarşısı alınacaq:

"Bundan sonra, həqiqətən də, Azərbaycan heç bir qüvvəyə imkan verməz ki, o, yenə də özünün mənfur planlarını həyata keçirsin. Təbii ki, biz bütün dünyaya işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyəti təsvir kimi göstərmişik, təqdim etmişik. Bu, bir daha göstərir, sübut edir ki, ermənilər nəyə qadirdirlər. İndi Azərbaycan torpaqlarından onların ayağı kəsilir və öz ölkə daxillərində bir-biri ilə haqq-hesab çürüdürlər. Bu, onların öz problemidir, özləri bilərlər. Ancaq onlardan Azərbaycan tərəfinə gələcək təhdidlərin hamısının qarşısı alınacaq. Çünki Azərbaycan bunun üçün bir çox işlər gördü. Həm özü inkişaf etdi gücləndi və indi də Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin, sabitliyin təminatçısı kimi çıxış edir. Bu da təbii ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və onun müdrik idarəçiliyinin nəticəsidir".

Təhməz Əsədov


Etiketlər:  Onlar yenidən hakimiyyətə gəlsə ermənilərin sonu olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ