Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 15:20
Bu il mayın 25-də Türkiyədə İDEF-2021 XV beynəlxalq müdafiə sənayesi sərgisi açılacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sərgiyə Azərbaycandan da nümayəndə heyətinin qatılması gözlənilir.
148 ölkədən 341 rəsmi heyətin iştirak edəcəyi sərgi dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biridir.
Tədbir mayın 28-dək davam edəcək.