Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqasında həyəcana davam

Avropa Liqasında həyəcana davam

Tarix: 17 Fevral 2021 16:00

Sabah Avropa Liqasında qış fasiləsi başa çatacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

Günün ən maraqlı qarşılaşmaları "Böyük beşlik" təmsilçilərinin duelləridir. İspaniya klublarından ikisini belə sınaq gözləyir. 

"Real Sosyedad" Turində keçiriləcək qarşılaşmada "Mançester Yunayted"i qəbul edəcək. La Liqa təmsilçisinin ev oyununu İtaliyada keçirməsi koronavirus pandemiyası səbəbindən İngiltərə klubunun İspaniyaya gedə bilməməsidir.

"Qranada" isə öz meydanında "Napoli" ilə görüşəcək. Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan komandalardan üçü də meydana çıxacaq. "Molde" Norveçdə "Hoffenhaym"ı qəbul edəcək.

"Vilyarreal" səfərdə "Zalsburq"la üz-üzə gələcək. "Makkabi" isə Təl-Əvivdə Ukrayna "Şaxtyor"unu sınağa çəkəcək.

Mərhələnin "Lill"lə "Ayaks" arasındakı Fransadakı görüşünə də maraq böyükdür. Turnirin favoritlərindən sayılan "Milan" "Srvena Zvezda" ilə, "Tottenhem" "Volfsberq"lə, "Arsenal" "Benfika" ilə qarşılaşacaq.

Qeyd edək ki, cavab oyunları fevralın 24-25-də keçiriləcək.

Avropa Liqası
1/16 final
İlk oyunlar
18 fevral

21:55. "Olimpiakos (Yunanıstan) - PSV (Niderland)
21:55. "Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)
21:55. "Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
21:55. "Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)
21:55. "Slaviya" (Çexiya) - "Lester" (İngiltərə)
21:55. "Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)
21:55. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)
21:55. "Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)

00:00. "Lill" (Fransa) - "Ayaks" (Niderland)
00:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor (Donetsk, Ukrayna)
00:00. "Qranada" (İspaniya) - "Napoli" (İtaliya)
00:00. "Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)
00:00. "Zalsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)
00:00. "Antverpen" (Beçlika) - "Reyncers" (Şotlandiya)
00:00. "Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

Milli.Az


Etiketlər:  Avropa Liqasında həyəcana davam


RƏYLƏR