Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 17:40
Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub.
Ali Məhkəmədən Sonxeber.net-a verilən məlumata görə, bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb.
Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb.
Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib.