Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''EYOF Bakı 2019'': Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir (FOTO)

''EYOF Bakı 2019'': Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir (FOTO)

Tarix: 23 Iyul 2019 14:32

Bakı. Cani Babayeva - Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir.

Trend-in məlumatına görə, idman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.

Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

FOTO - Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  EYOF Bakı 2019 Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ