Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 20:00
Zaqatalada üç piyadanı minik avtomobili vurub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib.
Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub.
Qəza zamanı xəsarət alan piyadalar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.