Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mərkəzi Gömrük Hospitalında damar cərrahiyyəsi xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi həyata keçirilir

Mərkəzi Gömrük Hospitalında damar cərrahiyyəsi xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi həyata keçirilir

Tarix: 23 Iyul 2019 16:52

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə işinin ustası, hər bir xəstəyə individual yanaşan peşəkar həkim, damar cərrahı Dr.Səbuhi Dadaşovu təqdim edirik:

Mərkəzi Gömrük Hospitalında Dr.Səbuhi Dadaşovun iştirakı ilə damar cərrahiyyəsi - arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi həyata keçirilir. Onun etdiyi əməliyyatlar sırasına abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama (bypass), periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass), karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya (radiofrekans və lazer) və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya, torakal və lumbar simpatektomiya daxildir.

Qeyd edək ki, Dr.Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində davam etdirmiş, həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışmışdır.

Dr.Səbuhi Dadaşov daim öz üzərində işləyir, dünya mətbuatını izləyir və tibb sahəsində qazanılan nailiyyətlərlə tanış olub öz təcrübəsini zənginləşdirir. 2007-2012-ci illərdə Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir. 2011-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində ultrasəs müayinəsi üzrə kurs keçmişdir.

Dr.Səbuhi Dadaşov bir sıra “Angiologiya və ürək-damar cərrahiyyəsi”, “Həkim”, “Cərrahiyyə” və digər elmi jurnallarda çap olunmuş 8 məqalənin müəllifidir.

13.11.2012-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işi müdafiə etmişdir.

01.07.2015-ci ildə Dr.S.Dadaşova Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Dr. S.Dadaşov Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyasının və Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sebuhi-dadashov

Dr. Səbuhi Dadaşovun qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.


Etiketlər:  Mərkəzi Gömrük Hospitalında damar cərrahiyyəsi xəstəliklərinin müasir cərrahi konservativ müalicəsi həyata keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ