Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 15:30
İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.
Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.
Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.
Səfirin həlak olması xəbərini İtaliya Xarici İşlər Nazirliyi də təsdiqləyib.