Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlibaba Məmmədovun qızı vəfat edib

Əlibaba Məmmədovun qızı vəfat edib

Tarix: 22 Fevral 2021 16:02

Xalq artisti Əlibaba Məmmədova ağır itki üz verib.

Sonxeber.net bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, xanəndənin qızı vəfat edib. Əlibaba Məmmədov saytımıza açıqlamasında xəbəri təsdiqləyib:

"Bəli, doğrudur. Böyük qızım 1 aydan çoxdur ki, rəhmətə gedib. Həkim çalışırdı, onların işi çox idi. Amma koronovirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu. Qızımın 70 yaşı var idi. Dünyaya gələn bir gün getməlidir də. Kim qalacaq ki? Mənim də 92 yaşım var, bu gündən mənim üçün də olacaq. Başsağlığınıza görə təşəkkür edirəm. Allah sizləri, əzizlərinizi qorusun".


Etiketlər:  Əlibaba Məmmədovun qızı vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ