Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bazu, kürək və üz əzələlərinin atrofiyası

Bazu, kürək və üz əzələlərinin atrofiyası

Tarix: 23 Fevral 2021 08:51

Əzələ atrofiyasının bu forması 10-20 yaşlı gənclərdə baş verir.Bu zaman əzələ zəifliyi və atrofiyalar üzün mimik əzələlərində,kürəklərdə,çiyinlərdə baş verir və üz hipomimik vəziyyət alır.Atrofiyanın bu formasında "cilalanmış" alın və "köndələn"təbəssüm,geri qatlanmış dodaq simptomu səciyyəvidir.Əzələ distrofiyasının bu forması zamanı aşağıdakı əzələlərdə skolioz əlamətləri meydana gəlir:
- bazunun ikibaşlı və üçbaşlı əzələlərində
- böyük döş əzələlərində
- trapesiyaşəkilli əzələlərdə
- geniş kürəkaltı əzələlərdə
Bəzən atrofiyalar ayaq əzələlərinə yayılır,baldır əzələlərində yalançı hiperemiyalar meydana gəlir,vətər refleksləri aşağı düşür.
Xəstəliyin inkişafı ləng gedir,xəstələr uzun müddət əmək qabiliyyətələrini itirmirlər.
Xəstəliyə diaqnozun qoyulmasında genealoji araşdırma və xəstəliyin klinikasının xüsusiyyətləri əsas götürülür.
Müalicə uzun illər davam etdirilməsinə baxmayaraq əzələlərin atrofiyalaşmasının qarşısını almaq olmur.


Etiketlər:  Bazu kürək əzələlərinin atrofiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ