Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncə qətliamına həsr olunmuş layihə - VİDEO

Gəncə qətliamına həsr olunmuş layihə - VİDEO

Tarix: 26 Fevral 2021 12:50

Azərbaycanın "Junior Eurovision -2018" təmsilçisi Fidan Hüseynova ilə bəstəkar-müğənni Sevinc Ağasıyeva ortaq layihə təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Pray For Ganja" (Gəncə üçün dua et) dueti ingilis dilində lentə alınıb və erməni təcavüzünün qurbanına çevrilmiş mülki şəxslərin xatirəsinə həsr olunub. Bu səbəbdən klip Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində təqdim edilib.

Mahnının musiqisinin müəllifi Sevinc Ağasıyevadır. İngilis dilindəki mətni Ruslan Karslı yazıb. Bəstənin ifasında Xalq artisti Əlixan Səmədov (balaban) və Əməkdar artist Elnur Əhmədov (kamança) iştirak edib. Klipin rejissoru Delee Orucludur.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 143 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Gəncə qətliamına həsr olunmuş layihə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ