Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 08:18
ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Suriyadakı son aviazərbələri fonunda İrana "ehtiyatlı olmağı" tövsiyə edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu sözləri o, jurnalistlərə müsahibəsində səsləndirib.
Suriyadakı son bombardmanla ABŞ-ın İrana nə kimi siqnal göndərmək istədiyi ilə bağlı jurnalistlərin sualına Bayden - "Cəzalandırılmamış şəkildə addım ata bilməyəcəksiniz", - deyə cavabını verib: "Ehtiyatlı olun".