Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 10:24
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Ağıllı şəhər" konsepsiyası ilə əlaqəda araşdırmalar sahəsində beynəlxalq ekspert şirkətləri ilə işləyir.
Bu barədə Sonxeber.net-a Nazirlikdən bildiriblər.
Qeyd olunub ki, araşdırmalar başa çatdıqdan sonra "Ağıllı şəhər" xidmətləri üçün prioritet sahələr müəyyənləşdiriləcək
Eyni zamanda nazirlik müvafiq dövlət strukturları ilə işğaldan azad edilmiş ərazilərdə "ağıllı" xidmətlərin tətbiqi ilə bağlı məslhətləşmələr keçirir:
"Hazırda bəzi "ağıllı" xidmət avadanlıqlarının mərkəzi platformaya mobil və ya stasionar rabitə operatorlarının vasitəsilə qoşula bilər. Bu imkanlar planlaşdırılan "ağıllı" xidmətlərin tələblərinə uyğun artırıla bilər".
Bunlardan əlavə nazirlik tərəfindən "ağıllı şəhər"in tikintisinin texniki və texnoloji tərəflərini, onun gələcək inkişafında rol alacaq müvafiq dövlət strukturlarını əks etdirən "ağıllı şəhər" strategiyası hazırlanır.