Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrokomissiya: Mümkün qədər iqtisadiyyata dəstək olun!

Avrokomissiya: Mümkün qədər iqtisadiyyata dəstək olun!

Tarix: 27 Fevral 2021 10:40

Avropa Birliyi ölkələri hələ bitməmiş böhran şəraitində öz iqtisadiyyatlarını mümkün qədər dəstəkləməlidir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avrokomissiyanın iqtisadiyyat üzrə komissarı Paolo Centiloni deyib.

Onun sözlərinə görə, ittifaq ölkələri arasında dövlət borcu olanlar (əsasən İtaliya) xüsusilə ehtiyatlı iqtisadi siyasət yürütməlidir.

Qeyd edək ki, pandemiya dönəmindən bəri Avropa ölkələri idxal və ixracın azalması, turist axının kəskin zəifləməsi nəticəsində milyardlarla avro itirib. Xüsusilə, əsas gəlirləri turizmdən olan İtaliya və İspaniya kimi ölkələrin iqtisadiyyatında ciddi böhran müşahidə olunur.


Etiketlər:  Avrokomissiya Mümkün qədər iqtisadiyyata dəstək olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ