Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Myanmanın BMT-dəki nümayəndəsi vəzifəsindən kənarlaşdırıldı

Myanmanın BMT-dəki nümayəndəsi vəzifəsindən kənarlaşdırıldı

Tarix: 28 Fevral 2021 10:10

Myanmanın BMT-dəki daimi nümayəndəsi Çjo Mo Tun ölkədə hakimiyyəti ələ keçirən ordunun qeyri-qanuni hərəkətlərindən beynəlxalq təşkilata müraciət etdiyi üçün vəzifəsindən kənarlaşdırılıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Myanmarın BMT-dəki nümayəndəsi Assambleyanın iclasında çıxış edərək ölkə lideri Aun San Su Çji hökumətini təmsil etdiyini və dünya ictimaiyyətini ordunun hərəkətlərini pisləməyi xahiş edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, o, həmçinin BMT-ni ölkələrini dinc nümayişçilərə qarşı güc tətbiq edən təhlükəsizlik qüvvələrini dayandırmaq üçün mümkün olan ən qətiyyətli addımı atmağa çağırıb.

Xatırladaq ki, Myanmada dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib. Hərbçilər prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə bir illik fövqəladə vəziyyət rejimi elan ediblər.


Etiketlər:  Myanmanın dəki nümayəndəsi vəzifəsindən kənarlaşdırıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ