Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhmanın minaya düşərək ölməsi xəbəri doğru deyil - Nazirlik açıqladı

Səhmanın minaya düşərək ölməsi xəbəri doğru deyil - Nazirlik açıqladı

Tarix: 28 Fevral 2021 12:54

Müdafiə Nazirliyi hərbi qulluqçumuzun həlak olması barədə məlumata aydınlıq gətirib.

Nazirlikdən Sonxeber.net-a bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb: "Hadisə ilə bağlı Müdafiə Nazirliyindən bildiriblər ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!"


Etiketlər:  Səhmanın minaya düşərək ölməsi xəbəri doğru deyil Nazirlik açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ