Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan iqtisadi azadlıq göstəricilərini yaxşılaşdırmış Avropa ölkələri arasında birinci olub

Azərbaycan iqtisadi azadlıq göstəricilərini yaxşılaşdırmış Avropa ölkələri arasında birinci olub

Tarix: 2 Mart 2021 14:12

Azərbaycan 2020-ci il üzrə İqtisadi azadlıq indeksində göstəricilərini yaxşılaşdırmış beş Avropa ölkəsi arasında birinci yeri tutub.

Milli.Az bu barədə "Heritage Foundation"a istinadən məlumat verir.

Hesabata əsasən, 2020-ci ildə Azərbaycanın mövqeləri biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı sahəsində yüksək qiymətlər sayəsində 16 pillə yüksəlib.

Azərbaycan iqtisadi azadlıq qiymətləndirməsinə görə, 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı göstəricisində isə Azərbaycanın indeksi 3,9 xal yüksəlib. Ölkə bu göstəricidə 45 Avropa ölkəsi arasında 24-cü olub.

Milli.Az


Etiketlər:  Azərbaycan iqtisadi azadlıq göstəricilərini yaxşılaşdırmış Avropa ölkələri arasında birinci olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ