Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2021 13:58
"Suriyadakı ortaq maraqlarımızı təmin etmək üçün Vaşinqton Türkiyə ilə konstruktiv şəkildə çalışmağa davam edəcək".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Anadolu" agentliyinə açıqlamasında bildirib.
İdlibdəki proseslərdə Türkiyə ilə ABŞ arasında əməkdaşlıq imkanları barədə sualı cavablandıran Prays "Xüsusilə Suriya daxilində Türkiyə ilə ortaq maraqlarımız var. Suriyadakı ortaq maraqlarımızı reallaşdırmaq üçün Türkiyə ilə konstruktiv çalışmağa davam edəcəyik",- deyə qeyd edib.