Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2021 21:50
Özbəkistanın Nəvai vilayətində ilk günəş elektrik stansiyası inşa olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, stansiyada hər il 270 giqavat/saat elektrik enerjisi istehsal ediləcək. Bu da yaxın ərazilərdəki 31 min təsərrüfatı elektrik enerjisi ilə təmin edəcək.
Stansiyanın tikintisi üçün ayrılan 268 hektar ərazidə 300 min fotovoltaik lövhə quraşdırılacaq.
Materialda bildirilir ki, burada istehsal olunan enerjinin qiyməti də ucuz olacaq - 1 kilovat/saat üçün 2,7 sent.
Stansiyanın bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.