Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdilər

Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdilər

Tarix: 4 Mart 2021 12:04

İkinci Qarabağ müharibəsində ölən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideynləri oğullarına verilən medalı qəbul etməyiblər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölən hərbçinin anası Svetlana Doluxanyan Feysbuk hesabında yazıb. Onlar medala və onun təqdim olunma qaydasına etiraz ediblər.

Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.

S.Doluxanyan, həmçinin oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş kimi qeyd olunmasını və medalın daha təmtəraqlı təqdim edilməsini tələb edib.

"Əks təqdirdə bizə medal lazım deyil",- o qeyd edib.


Etiketlər:  Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ