Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 13:45
3 mart 2010-cu il - ikinci dəfə dünyaya gəldiyim gündür. Həyatımın dönüş nöqtəsidir. Hisslərimi ifadə etmək üçün kəlimələr acizdir, bunu ancaq yaşayan bilər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova İnstaqram hesabında yazıb. O, 10 il əvvəl xərçənglə mübarizə aparmasından bəhs edib:
"Zaman sənə hər şeyi olduğu kimi qəbul edib, yaşamağı öyrədir. 10 il bundan əvvəl mənə desəydilər ki, hələ 10 ildə yaşayacaqsan, inanmazdım...
Allah yaşadanda yaşadır. Hər zaman ürəyimdə Allaha, insanlara, bütün canlılara qarşı sevgi ilə yaşadım. Yaşayıram da. Şükr edərək, gülərək, sevərək. Həyat bütün çətinlikləri ilə gözəldir".