Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 16:09
Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.
Sonxeber.net-a bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 5 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
- Azərbaycan Milli Qurtuluş Partiyas, sədri Vüqar Oruc.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.