Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 19:26
Müğənni Derya Uluğ "Youtube" proqramlarından birinə qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, veriliş zamanı sənətçi şəxsi həyatı ilə bağlı etiraflar edib. "Həyatınızın dönüş nöqtəsi olan insan kimdir" sualına "Sevgilim Asil" deyə cavab verən Derya bunları söyləyib:
"Pandemiya bir çox cütlüklərin münasibətinə mənfi təsir etmədi. Amma biz bu dövrü problemsiz keçirtdik. Bir yerdə mahnılar yazdıq, musiqilər bəstələdik. Hərdən mənə çox arıq olduğumu deyirlər. Bir vaxtlar idman etmirdim, ancaq kalorisi yüksək qidalar qəbul edirdim. Buna görə də hədsiz dərəcədə çəkim artdı. Daha sonra Asillə ayrıldıq. Həmin vaxt depressiyaya düşdüm. Bir ayda 15 kiloqram arıqladım. Pəhrizə və idmana ehtiyac qalmadı".
Qeyd edək ki, Uluğ uzun müddətdir özü kimi musiqiçi Asil Göklə eşq yaşayır.