Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi baza raket atəşinə tutuldu, ABŞ hərbçisi qorxudan öldü

Hərbi baza raket atəşinə tutuldu, ABŞ hərbçisi qorxudan öldü

Tarix: 4 Mart 2021 22:32

Xarici KİV ABŞ-ın İraqdakı Hava Qüvvələrinin hücuma məruz qalmış bazasında bir Amerika əsgərinin öldüyünü bildirib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, təxminən bir sutka əvvəl Amerikanın Ayn-əl-Əsəd hərbi aviabazası 122 mm-lik reaktiv mərmilərdən istifadə edilməklə güclü raket atəşinə tutulub. Məlumata görə, buraxılan 10 raketin hamısı Amerika hərbi bazasının ərazisinə düşüb və çox ciddi ziyan vurmaqla yanaşı, ilkin məlumata görə, bir Amerika hərbçisi də həlak olub. Lakin KİV-in iddia etdiyi kimi, sonuncunun həlak olması qorxu üzündən baş verib - hərbçi gözlənilməz atəşdən infarkt keçirib.

ABŞ tərəfi Hərbi Hava Qüvvələri aviasiya bazasının naməlum şəxslər qrupu tərəfindən əldəqayırma reaktiv yaylım atəşi sisteminin tətbiqi ilə hücuma məruz qaldığını təsdiqləyib. Bazanın ərazisində yerləşən obyektlərə 10 zərbənin endirildiyi faktı da etiraf olunub, bununla belə, Amerika hərbi komandanlığı dəymiş zərərləri rəsmi olaraq açıqlamır, halbuki yerli KİV-in məlumatına görə, ən azı iki hərbi təyyarə və bir neçə yerüstü nəqliyyat vasitəsi zərər çəkib.

İraq KİV-in iddiasına görə isə, ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçusu (Pentaqon mülki podratçı haqda məlumat yayıb - red.) gözlənilməz raket atəşi nəticəsində həlak olub-onun sadəcə ürəyi dayanıb ki, buna da ciddi qorxu səbəb olub.

Hərbi bazaya raket zərbəsinə görə ABŞ İrana bağlı qrupları günahlandırır. Ehtimal edilir ki, bu ABŞ-ın Suriyada İrana bağlı qruplaşmaların bazasına bir neçə gün əvvəl endirdiyi aviazərbələrə cavabdır.


Etiketlər:  Hərbi baza raket atəşinə tutuldu ABŞ hərbçisi qorxudan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ