Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2021 19:04
Almaniya millisinin və "Bavariya" klubunun futbolçusu Tomas Müllerin koronavirusla bağlı karantini necə keçirdiyi bəlli olub.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, bunu təcrübəli oyunçunun özü açıqlayıb.
O bildirib ki, iki həftəlik karantin dövrünü öz evinin zirzəmisində məskunlaşıb. O, bu addımı həyat yoldaşını yoluxdurmamaq üçün edib: "Bəli, mən zirzəmidə yaşayırdım. Heç kimlə hər hansı bir təmasım yox idi. Bəxtim gətirdi ki, məndə bu xəstəliyin yüngül simptomları oldu".