Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 07:38
Sərnişin təyyarəsi ölçüsündə olan CF8 asteroidi Yerə yaxınlaşır. 5-8 mart tarixlərində daha üç asteroidin gəlişi gözlənilir.
Bu barədə NASA məlumat yayıb. Məlumatda bildirilir ki, 52 metrlik diametrə malik səma cismi planetimizdən 4.4 milyon kilometr aralı keçəcək. CN3 asteroidi isə ölçü baxımından ondan kiçik olsa da, Yerə daha yaxın məsafədən ötəcək.
Bu iki asteroidlə yanaşı, martın 8-dək daha üç "kosmik qonağımız" olacaq. Onlardan ən irisinin diametri 43 metrə bərabərdir.