Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya hökuməti konstitusiyadan “irq” sözünü götürəcək

Almaniya hökuməti konstitusiyadan “irq” sözünü götürəcək

Tarix: 6 Mart 2021 10:26

AFR-in hakim koalisiyası (Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı və Almaniya Sosial-Demokrat Partiyası) "irq" sözünü konstitusiyadan çıxarmaq barədə razılığa gəlib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənədin üçüncü paraqrafında qeyd edilir ki, heç kəs cinsinə, mənşəyinə, irqinə, dilinə, soyadına və doğum yerinə, məzhəbinə, dininə, siyasi baxışlarına, həmçinin əlilliyinə görə ayrıseçkiliyə məruz qala bilməz.

Alman parlamentariləri "irq" sözünü "irqçi əsaslarla" əvəz etmək barədə razılığa gəliblər.

AFR hökumətinin gələn həftə lazımi dəyişikliklər edəcəyi gözlənilir. Düzəlişin təsdiqi üçün Bundestaq və Bundesratın üzvlərinin səslərinin üçdə iki hissəsi də lazımdır.


Etiketlər:  Almaniya hökuməti konstitusiyadan sözünü götürəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ