Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 15:18
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraq dairəsinə düşüb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, isveçli forvardın San Remo musiqi festivalında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
Gey-partiyanın mətbuat xidmətinin rəhbəri Fabritsio Maratso 40 yaşlı superulduzu tənqid edib. Buna Zlatanın tədbir zamanı biseksual sayılan müğənni Axille Lauro haqda dediyi sözlərdir: "Onu qaraja qoyacağıq ki, maşınlara baxsın. Oğrular içəri girəndə ondan qorxaraq heç nə oğurlamasınlar".
Maratso bunların təhqiredici sözlər olduğunu deyib, Zlatanı homofobiya və ayrı-seçkilikdə günahlandırıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç martın 2-dən 6-dək keçirilən San Remo festivalına hər gün qatılır.