Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 18:36
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Kolumbiya - Braziliya oyunu baş tutmaya bilər.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna səbəb Braziliyada koronavirus infeksiyası yenidən sürətlə yayıldığı üçün iki ölkə arasında uçuşların dayandırılmasıdır.
Kolumbiyanın Səhiyyə və Sosial İşlər naziri Fernando Ruiz Braziliya yığmasının bu ölkəyə səfərinə qarşı olduğunu açıqlayıb: "Hazırda Braziliyadan hər hansı bir uçuş təşkil etmək çox çətindir. Şəxsən mən çarter uçuşuna da qarşıyam".
Qeyd edək ki, V tur çərçivəsində Kolumbiya - Braziliya oyunu martın 26-na təyin olunub.