Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' Avroliqada təcrübəsi olan komandadır'' - ''Dinamo''nun baş məşqçisi

''Qəbələ'' Avroliqada təcrübəsi olan komandadır'' - ''Dinamo''nun baş məşqçisi

Tarix: 24 Iyul 2019 19:48

"Qəbələ" haqqında məlumatımız var. Bilirik ki, onlar çox döyüşkən və Avropa Liqasında təcrübəsi olan komandadır".

Bunu Gürcüstanın "Dinamo" komandasının baş məşqçisi Feliks Visente Miranda "Qəbələ" ilə keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis "Qəbələ"nin bütün mövqelərdə güclü olduğunu söyləyib: "Biz onlara qarşı matçlarda əsasən standart vəziyyətlərdə diqqətli olmalıyıq. Komandanın heyətində Fernan Lopes yaxşı oyunçulardandır. Deyə bilərəm ki, sabah bizi çox  çətin və gərgin bir oyun gözləyir".

İspaniyalı məşqçi "Qəbələ"nin Tiflis təmsilçisini 5 il öncə Avropa Liqasında mübarizədən kənarlaşdırdığını xatırladıb: "Bu fərqli bir dövrdür. Rəqibin güclü olduğunu bilirik. Amma biz də sabahkı görüşün əhəmiyyətini dərk edirik. Qarşılaşmaya həddindən artıq motivasiyalı hazırlaşmışıq. Rəqibimizi tanıyırıq və onları analiz etmişik. Bizdə revanş hissi yoxdur. Belə şeylər haqqında düşünmürük. Bizim üçün önəmli olan sabahkı matçı fikirləşməkdir. Başqa hissləri bu oyuna qatmaq istəmirik".

V.Miranda komandaya qoşulan yeni oyunçulardan razı olduğunu da diqqətə çatdırıb: "Biz sadəcə "Qəbələ" ilə matça köklənmişik. Transferlər barədə düşünmək niyyətində deyilik".

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı iyulun 25-də  saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tiflisdə olacaq (Report).

 


Etiketlər:  Qəbələ Avroliqada təcrübəsi olan komandadır Dinamonun baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ