Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dinamo'' ciddi rəqibdir'' - Sənan Qurbanov

''Dinamo'' ciddi rəqibdir'' - Sənan Qurbanov

Tarix: 24 Iyul 2019 20:28

"Sabah Avropa Liqasında ilk oyunumuzu keçirəcəyik. "Dinamo" ciddi rəqibdir. Məsuliyyəti dərk edirik".

Bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Gürcüstan "Dinamo"su ilə keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis doğma meydanda yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb. O, rəqibin güclü olduğunu da sözlərinə əlavə edib: "Hazırda onların çempionatı davam edir. Biz çempionatı geridə qoyub, hazırlıq prosesini yeni başa vurmuşuq. Amma Gürcüstanda çempionat davam etdiyinə görə rəqib daha hazırlıqlı görsənir. Təlim-məşq toplanışlarımızı nəzərə alsaq, bacardığımız qədər yaxşı forma toplaya bilmişik. Çalışdıq ki, komanda Avropa Liqası üçün pik formanı yığa bilsin. Meydana çıxan oyunçulara inanırıq. Hazırlıq matçlarında futbolçuların istəkli olması bizə ümid verib. Sabah bütün bunları meydanda göstərməliyik".

S.Qurbanov rəqibin bütün çempionat matçını izlədiklərini söyləyib: "Dinamo" son matçlarda qələbələri sıralayır. Onları analiz etmişik. Həm hücumda, həm də müdafiədə səhvsiz oynamalıyıq ki, rəqib istədiyi oyunu sərgiləyə bilməsin".

Baş məşqçi "Qəbələ"nin heyətindəki gürcüstanlı futbolçular barədə də danışıb: "Həm Merab Giqauri, həm də Davit Volkov komandamızın əsas futbolçularından hesab olunur. Merab yeni cəlb olunsa da, kollektivə tez uyğunlaşıb. Davit isə ötən ildən bizimlədir. Komanda ilə titul da qazanıb. Bizə kömək edə bilib. Hər iki oyunçudan sabah meydanda yaxşı oyun gözləyirik.

Mütəxəssis "Dinamo"nun sürətli komanda olduğunu bildirib: " Komandada yaxşı oyunçular var. Levan Şengeliyanı isə xüsusi qeyd etmək istəyirəm".

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı sabah saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tiflisdə olacaq (Report).

 


Etiketlər:  Dinamo ciddi rəqibdir Sənan Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ