Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2021 18:06
Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bütün zərif cins nümayəndələri kimi idmançı xanımlar da əlamətdar günü qeyd edir.
Azərbaycan idmanında qadınların xüsusi çəkisi var. Təmsilçilərimiz müxtəlif səviyyəli yarışlarda onlarla titul sahibidir.
Təkcə Olimpiya Oyunlarında Azərbaycan bayrağı 10 dəfə qadınların uğuru sayəsində dalğalanıb. Söhbət müstəqil ölkə kimi qatıldığımız multiidman yarışlarından gedir. Bunlardan birində ən yüksəyə qalxan bayrağımız səslənən himnimizin fonunda dalğalanıb. Yeganə qadın Olimpiya çempionumuz Zemfira Mefteheddinovadır.
Qadın idmançılarımız Olimpiadalarda 2 gümüş və 7 bürünc mükafata da yiyələnib. Ölkəmizin 7 xanımı dördilliyin mötəbər yarışında fəxri kürsüyə qalxıb.
Rekord Mariya Stadnikə məxsusdur. Son üç Olimpiadanı əliboş tərk etməyən güləşçi iki gümüş və bir bürüncə sahib çıxıb. Yeganə qızılın müəllifi Meftəhəddinovanın aktivində iki mükafat var.
Qeyd edək ki, yalnız bir dəfə Yay Olimpiya Oyunlarında qadın idmançılarımız medalsız qalıb. Bu, 1996-cı ildəki debütə təsadüf edib.
Qadın idmançılarımızın Olimpiya medalları:
Zemfira Meftəhəddinova (stend atıcılığı)
2000-ci il, qızıl
2004-cü il, bürünc
İradə Aşumova (güllə atıcılığı)
2004-cü il, bürünc
Mariya Stadnik (qadın güləşi)
2008-ci il, bürünc
2012-ci il, gümüş
2016-cı il, gümüş
Yuliya Ratkeviç (qadın güləşi)
2012-ci il, bürünc
İrina Osipenko-Radomska (avarçəkmə)
2016-cı il, bürünc
Patimat Abakarova (taekvondo)
2016-cı il, bürünc
Nataliya Sinişin (qadın güləşi)
2016-cı il, bürünc