Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın “Eurovision” təmsilçisi dəyişdi

Rusiyanın “Eurovision” təmsilçisi dəyişdi

Tarix: 9 Mart 2021 09:58

Rusiyanı bu ilin may ayında Rotterdamda keçiriləcək "Eurovision" beynəlxalq mahnı müsabiqəsində müğənni Manija təmsil edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Manija müsabiqədə "Russian Woman" ("Rus qadını"-red.) adlı mahnını ifa edəcək.

Bundan əvvəl Rusiyanı "Eurovision-2020"də təmsil etməli olan "Little Big" qrupu builki milli seçim turuna qatılmaqdan imtina etmişdi.

Sayca 65-ci "Eurovision" müsabiqəsi ötən il 12-16 may tarixlərində Rotterdamın "Ahoy" zalında "Open Up!" ("Açıl!"-red.) sloqanı altında keçirilməli idi. Lakin 2020-ci il martın 18-də Avropa Yayımları Birliyi müsabiqəni koronavirus pandemiyası səbəbindən təxirə salmaq qərarına gəldi.

Milli.Az


Etiketlər:  Rusiyanın Eurovision təmsilçisi dəyişdi


RƏYLƏR