Tarix: 25 Iyul 2019 00:52
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün daha bir matç oynanılıb. "Qarabağ"ın Avroliqadakı potensial rəqibləri qarşılaşıb.
Slovakiyanın “Slovan” klubu səfərdə Kosovo təmsilçisi “Feronikeli” ilə üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşma meydan sahiblərinin qələbəsivilə başa çatıb - 2:1.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında “Dundalk” səddini keçə bilməsə, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Slovan” – “Feronikeli” cütünün qalibi ilə qarşılaşacaq.
24 iyul
"Slovan" (Slovakiya) – "Feronikeli" (Kosovo) 2:1
Qollar: Nono, 9. Sporar, 61 – Hoti, 67.