Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 16:36
Ağcabədi, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları üzrə ümumilikdə 128,7 hektar ərazi yoxlanılıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, 2020-ci il ərzində düşmənin hərbi təcavüzünə məruz qalmış və işğaldan azad edilmiş ərazilərdə (eyni zamanda strateji əhəmiyyətli neft-qaz kəmərlərinin və elektrik stansiyalarının yaxınlığında), habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilib.