Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 11:06
Koronavirusa yoluxan Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Esma Əsədin Rusiyanın paytaxtı Moskvada xəstəxanaların birində müalicə aldığı açıqlanıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, onlar xüsusi təyyarə ilə paytaxt şəhərə gəldiyi bildirilib. Bu barədə məlumatı Suriyada yaşayan rus sözçüsü Aleksandr İvanov təsdiqləyib.
"Prezident Bəşər Əsəd koronavirusa yoluxduqdan sonra müalicə üçün Moskvaya gəlib. Həkimlərimiz dərhal onu və həyat yoldaşını müalicəyə aldı. Əsəd hələ də müalicə altındadır, sağalmasını ümid edirik",-deyə sözçü bildirib.