Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pandemiya ilə mübarizədə hansı səhvlərimizin olduğunu saya bilərəm''

''Pandemiya ilə mübarizədə hansı səhvlərimizin olduğunu saya bilərəm''

Tarix: 11 Mart 2021 17:02

"Pandemiya ilə mübarizədə hansı səhvlərimizin olduğunu saya bilərəm". 

Bunu Sonxeber.net-a açıqlamasında ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri Rəşad Mahmudov deyib.

O bildirib ki, peyvəndin faydasının nə olduğunu zaman göstərəcək:

"Biz o səhvlərdən on dəfələrlə çox səbəblər də saya bilərik ki, dünyada bir çox ölkələrin etmədiklərini doğru bir zamanda etdik. Bir il bundan qabaq cəmiyyətin ən çox müqayisə etdiyi məqam Gürcüstan nümunəsi idi. İndi görürsünüzmü?! Bu işlər bilindiyi qədər sadə deyil. 

Azərbaycan cəmiyyətinin "Niyə Çin peyvəndi gətirildi?" deyə iradları vardı. Bu gün Gürcüstan höküməti Çin peyvəndinin gətirilməsi üçün bütün enerjisini sərf etməyə çalışır. Dünyanın ən çox peyvənd istehsal edən, bütün dünyanı uzun illərdir peyvəndlə təmin edən ən güvənli təşkilatdan əlimiz çatdığına görə zamanında peyvəndi gətirib, cəmiyyətin böyük bir hissəsi vaksinasiyadan keçdikdən sonra nəinki həyati təhlükəsinin, hətta heç bir yan təsirinin olmadığını gördülər. Bunun faydasının nə olduğunu zaman göstərəcək. Amma cəmiyyətin həmin üzvləri bu gün daha rahat şəkildə öz normal həyatına davam edir". 

Təhməz Əsədov


Etiketlər:  Pandemiya ilə mübarizədə hansı səhvlərimizin olduğunu saya bilərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ