Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 18:10
İstanbulun Bəylikdüzü rayonunda ötən gün günorta saatlarında başından açılan atəşlə ölmüş halda tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, yerli vaxtla saat 14.40 radələrində Bəylikdüzüdə yerləşən mənzillərdən birindən silah səsi eşdildiyi haqda polisə məlumat daxil olub. Hadisə yerinə gələn polislər G.Z. adlı qadının başından tapança ilə vurularaq həyatını itirdiyini təsbit ediblər. Hadisə ilə bağlı Azərbaycan vətəndaşı X.B. saxlanılıb. Onun həmin qadınla münasibətlərdə olduğu xəbər verilir.
Məlum olub ki, hadisə intihardır, tapançanı isə qadına həmin Azərbaycan vətəndaşı verib. Bildirilir ki, X.B. adlı Azərbaycan vətəndaşı ilə həmin qadın bir ay əvvəl həbsdən şərti azadlığa buraxılıblar. Onların eyni cinayətə görə mühakimə olunduqları məlum olub. Qadında elektron qolbaq olduğu üçün yaşadığı yeri tərk edə bilməyib və intihar etmək üçün tapançanı ona Azərbaycan vətəndaşı gətirib verib.
Həmin Azərbaycan vətəndaşı qadını intihara təşviq etmək şübhəsi ilə saxlanılıb və polisə aparılıb. Hadisənin motivləri barədə məlumat yoxdur.