Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ərazilərə qar yağır

Bu ərazilərə qar yağır

Tarix: 11 Mart 2021 22:16

Gözlənildiyi kimi ölkə ərazisində yağıntılar davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a bildirilib ki, martın 11-i saat 21:00-a olan məlumata əsasən Daşkəsən, Göygöl, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.

Şimal-şərq küləyi əsib, Neftçalada 20 m/s, Biləsuvar, Hacıqabulda 18 m/s -dək güclənib.

Martın 12-də isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.


Etiketlər:  ərazilərə yağır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ